Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyun

2017
16:49
592
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 24-CÜ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

23-CÜ YOL - ARTIQ DÖVR DƏYİŞİB

24- GÜNAHI MƏNİM BOYNUMA

Bəzi insanlar heyrət ediləcək şəkildə qəribə davranırlar. Bu davranışlardan ən qəribələrindən biri isə heç şübhəsiz, "Sən elə, günahı mənim boynuma” ritorikasıdır. Günah bu qədərmi rahat daşınır ki, qarşısına gələnin günahını alır boynuna? Dini həssaslıq daşıdığı üçün günahlardan uzaq qalmağa çalışan birini müxtəlif bəhanələrlə şərə sürükləyən belə insanlar, ətraflarındakı hər kəsin özləri kimi günahkar olmasını istəyirlər. “Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür.” (Ənam surəsi, 164)

Bəzi insanlar həyatı zarafat bilirlər. Bu mövqeləri ilahi əmrlərə də qeyri-ciddi yaxınlaşmalarına səbəb olur. Belə insanların nəzərində əhəmiyyətli olan, sadəcə, içində olduqları anın dadını çıxarmaqdır.

Eyni zamanda, dərin bir etinasızlıq dərin qəflət yaradır. Bir günahın insan üzərindəki ağırlığını başa düşmədiyi üçün qarşısına gələnin günahını da daşımağa cürət edirlər. Ölümə meydan oxuduqlarına inandırırlar özlərini. Ölümdən sonrakı aqibətlərini heç düşünmürlər. Halbuki, həqiqət ilə üzləşmə günü qaçmağa yol axtaracaq, amma iş-işdən keçdiyi üçün bir yol tapmayacaq.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru