Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
11:47
4278
Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər

İslam Peyğəmbərinə, "Qədr gecəsinə girdiyimizdə (o gecədə), nə istəyək Haqq Təaladan?", - deyə soruşulduqda, Rəsulullah, "Sağlamlıq istəyin", - deyə buyurub.

Ramazan ayının son on günü olanda, Rəsulullah (s) yatağını bükər, ibadət üçün kəmərini sıxardı. İyirmi üçüncü gecə ailə fərdlərini oyandırar və yatanların üzünə su səpərdi.

Hz.Fatimə (s.ə) bu gecədə ailə fərdlərinin yatmasına icazə verməzdi. Bunu da onlara az yemək vermək və gündüzlər yatmaqla təmin etməyə çalışar və belə buyurardı: "Əsl məhrum kimsə, bu gecənin xeyrindən məhrum olandır."

Rəvayət edildiyinə görə, İmam Cəfər Sadiq (ə) bir ara möhkəm xəstələnibmiş. Buna baxmayaraq, Ramazan ayının 23-cü gecəsi olduğundan qohumlarından onu məscidə aparmalarını istəyib və o gecə səhərə qədər məsciddə qalıb.

İmamı Cəfəri Sadiqdən (ə) belə nəql edirlər: "Əməllərin hesabının başlanğıc ili Qədr gecəsidir. O gecədə gələcək ilin hesabı edilir."

İmam Baqir (ə) buyurmuşdur: "Hər kim “Qədr” surəsini ucadan oxusa, əlinə qılıncı almış Allah yolunda cihad edən biri kimidir. Hər kim də bu müddəti yavaş və səssiz oxusa, Allah-Təala yolunda qanına boyanan biri kimidir."

İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Qədr gecələrinin 19 və 21-ci günlərinə çata bilmədin və yaxud da ola bilmədinizsə, 23-cü  gecəni əsla əldən verib səhlənkarlıq etməyin."

Rəsulullah (s) buyurmuşdur: "Qədr gecələrinin əhyalarında iştirak edən və axirət gününə inanan möminin bütün günahları bağışlanar."

İmamı Cəfər Sadiqdən (ə) nəql edilir: "Allah qatında ilin 12 ayı vardır. Bu ayların ən fəzilətlisi isə Ramazan ayıdır. Ramazan ayının ürəyi isə Qədr gecəsidir."

İmamı Baqir (ə) buyurmuşdur: "Qədr gecəsində qılınan namaz, zəkat və digər xeyirli saleh əməllər Qədr gecəsi olmayan aylarda edilən min aydan daha fəzilətlidir."

İmam Cəfəri Sadiqdən (ə) rəvayət edilən bir hədis belədir: "Hacılar Qədr gecəsində təyin olunar; o ilə aid olan hadisələr, bəlalar və ruzilər də o gecədə təyin olunar. O gecəni Ramazan ayının 19, 21 və 23-cü gecələrinin birində axtar."

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 22:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com