Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2017
12:52
ABŞ Yaxın Şərqdə 2-ci Kosovanı qurmaq istəyir

FaktXəbər-in məlumatına görə, ABŞ Yaxın Şərqdə yeni dövlət qurmaq üçün bütün qüvvələrini səfərbər edib. Bu günə qədər namizədi Suriyanın "mülayim müxalifəti" olan rəsmi Vaşinqton terror qruplaşmaların imicinin korlanması və məruz qaldığı məğlubiyyətlərdən sonra kürdlərə (YPG/PYD) dəstək verməyə başlayıb.

Amerika rəhbərliyi artıq Suriyadakı varlıqlarının əsas məqsədinin "İŞİD"ə qarşı mübarizə olmadığını gizlətmir. Barak Obamanın dövründə əsas məqsəd bu ölkəyə "demokratiya" gətirmək üçün Suriya prezidenti Bəşər Əsədi devirmək idisə, Tramp administrasiyası kürdlərə yatırım etməklə Suriyada varlığını qorumaq fikrindədir.
 
ABD ordusu son zamanlar Suriyanın şərqi və şimal-şərqinə qarşı həmlələr həyata keçirir. Bunda məqsəd kürd silahlıları Dəməşqə yaxın məntəqələrə itələyərək Suriya ordusunun nəzarətində olan ərazilərə sürükləməkdir. YPG/PYD-nin bu gün və ya sabah Rəqqanı ələ keçirəcəyi (terrorçular ABŞ əsgərlərinin təşkil etdiyi dəhlizlərdən şəhəri tərk edir) və Deyr əz-Zorun növbəti hədəfə olacağı tədirdə, Suriyanın şimal-şərqinin kürdlərə vəd edilməsini təxmin etmək olar. Amerika rəhbərliyi keçmiş Yuqoslaviya torpaqlarında parçalanan dövlətlər və yeni qurulan Kosova modelini məhz Suriya ərazisində həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ-ın Suriyada qurduğu planların həyata keçməməsində ən böyük pay Rusiya və İranın üzərinə düşür. Rusiya ordusunun havadan və qurudan keçirdiyi əməliyyatlar, o cümlədən Suriya həbrçilərinə verdiyi dəstək, eyni zamanda İranın dəstəklədiyi Hizbullah xüsusi təyinatlıların regionda varlığı Ağ Evin bir çox planlarını sənəd üzərində saxlayır.

Məqalədə : ABŞ Suriya ikinci Kosova kürd 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66202

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67999

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67361

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72827

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
67100

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-03-2021 19:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru