Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
20:24
3419
Ramazan ayının 21-ci gününün duası - AUDİO

06 iyun - 21 Ramazan

İmsak: 03.11

Sübh azanı: 03.26

İftar: 20.24

  İFTAR DUASI:    Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli.

  TƏRCÜMƏSİ:   İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!

  21-CU GÜNÜN DUASI:   Allahumməc’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə səbilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!

  TƏRCÜMƏSİ:   Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et ey istəyənlərin hacətlərini rəva edən!

  Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua:  

DUANIN OXUNUŞU: Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ: Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!

Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 21:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com