Minsk ölkə sərhəddi yaxınlığında NATO pilotsuzlarının yerləşdirilməsindən narahatdır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2017
13:02
1960
Minsk ölkə sərhəddi yaxınlığında NATO pilotsuzlarının yerləşdirilməsindən narahatdır

FaktXeber.com-un məlumatına görə, Belorusiya prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Minsk təkcə sərhəddin yaxınlığında NATO hərbi kontingentinin deyil, həmçinin pilotsuzların yerləşdirilməsindən narahatdır. 

«Qoşunları başa düşdük. Amma orda ən müasir pilotsuz uçuş aparatları yerləşdirilib… Onlar əsl təyyarələr kimi nəhəngdirlər. Bu zərbə PUA-larıdır? Kimə qarşı», - deyə o, bəyan edib.

Prezident Belorusiya sərhəddində gizlədilməyən operativliklə xaricilər də daxil olmaqla daha çox qoşun və hissələrinin yerləşdirilməsindən şikayət edib.

Bunun yanında Lukaşenko payızda gözlənilən «Qərb 2017» Belorusiya-Rusiya təlimlərinə  Qərbin tənqidinə diqqət yetirib: «Bizə deyirlər ki, təlimlər keçirməməlisini. Xeyr! Biz təlim keçirəcəyik. Çünki dövlətin təhlükəsizliyini heç kəs – nə Rusiya, nə Belorusiya, nə də KTMT laqeyid yanaşmayacaq».

O, təlimlərin hücum deyil, müdafiə xarakterli olacağını da bəyan edib.

Qeyd edək ki, «Qərb 2017» Belorusiya-Rusiya təlimləri  14-20 sentyabrda keçiriləcək.

Məqalədə : Belorusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com