Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyun

2017
12:09
1750
AİP lideri Mövsüm Səmədov 3 illik Qobustan həbsxanasına göndərilir - FOTO

AİP lideri Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə hökm çıxarıb. Bu barədə vəkil Yalçın İmanov bildirib. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev də uzun müddətdən bəri ilk dəfə Mövsüm Səmədovla görüşdüyünü bildirib: «Mövsüm Səmədov bütün qardaşları salamladı, ibadət -itaətlərinin qəbuluna dua etdi. Həmçinin Həzrət Əlinin (ə.) şəhadəti münasibətiylə də başsalığı verdi».

***

Ötən həftə AİP lideri Mövsüm Səmədovun Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə prosesinin bu gün keçirilməsi barədə qərar verilmişdi. 

Dövlət ittihamçısı həmin məhkəmə prosesində M.Səmədova 3 il cəza istəsə də, hakim prosesi təxirə salmışdı. Belə ki, bu günə təyin edilən məhkəmə prosesi artıq başlayıb.  

Qeyd edək ki, proses Qaradağ rayon məhkəməsində keçirilir. Hazırda Səmədovun vəkili Yalçın İmanovun iştirakı ilə məhkəmə prosesi keçirilir.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev və bir bir neçə partiya funksioneri də həbsxana qarşısında məhkəmənin qərarını gözləyirlər.  

M.Səmədov varikoz xəstəliyindən əziyyət çəkir və səhhətindəki problemlər onun qapalı tipli müəssisədə cəza çəkməsinə imkan vermir.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru