Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2017
09:48
Əsl “avtoş” belə olur – Tanınmış şəxsin nəvəsidir – GG 111 - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, 99 GG 111 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücü Füzuli küçəsində “avtoş”luq edib. Sürücü əvvəlcə başqa bir avtomobilə yaxınlaşaraq pəncərədən sürücüyə nəsə deyir. Çox güman ki, həmin sürücünü də “avtoş”luq etməyə dəvət edir. Lakin “yox” cavabı aldığı üçün həmin avtomobilin qarşısına keçərək sağ-sol manevrləri edir və “Niva”nı ikitəkər qaldırır. Bu əməli bir neçə dəfə təkrar edən sürücü keçmiş “beşmərtəbə” dairəsindən sağa döndükdən sonra da ikitəkər qaldıraraq yoluna davam edir.

Son günlər avtoxuliqan adıyla tutulan sürücülərin sayı artır və əksər sürücülər də “avtoş” olmadığını və yalnız sağdan ötdüyünü, sürət həddini aşdığını iddia edir. Əslində isə qanunvericilikdə avtoxuliqanlıq əməlinin izahı tam aydın şəkildə verilib. Üstəlik, bu videoya da baxmaq kifayət edər ki, əsl “avtoş”un necə olduğu barədə fikir formalaşsın.

İnzibati Xətalar Məcəlləsi. Maddə 511. Avtoxuliqanlıq

511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- 

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur./avtosfer 

Məqalədə : avtoş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51843

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53308

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53053

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58383

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52646

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53047
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 06:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru