Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2017
16:40
2823
Jirinovski Qarabağa Rusiya bayrağı sancmaq istəyir - VİDEO

Qarabağ Erməni bayrağı altında, yaxud Azərbaycan bayrağı altında olmayınca onlar barışmayacaqlar. Deməli Rusiya bayrağı olacaq. FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın TV Sentr kanalına qonaq olan RF Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski belə deyib.

«Biz onları barışdırmalıyıq. Qarabağ Erməni bayrağı altında, yaxud Azərbaycan bayrağı altında olmayınca onlar barışmayacaqlar. Deməli Rusiya bayrağı olacaq. Razılığa gələ bilmədiyiniz yerdə belə olacaq. O cümlədən, Dnestryanı və bütün Ukraynada», - deyə o, əlini masaya çırparaq deyib.

Aparıcının «Bəs Novorusiya?» sualını Jirinovski səhv anlayaraq deyir: «Belorusiya isə sonra. Hər şeyin öz vaxtı var».

Yeri gəlmişkən Jirinovski verilişdə 20 il əvvəl milyarder, amerikalı maliyyəçi  Corc Sorosu liftdə boğmaq istədiyini etiraf edib: «O zaman bizdə sözdə demokratik bir media var idi, onlar da Sorosdan yaxşı insan kimi bəhs edirdilər. Sorosun fəaliyyətləri isə çox böyük zərər vurdu. O, pulları payladı, nəticədə  müharibələri körükləndi. Narıncı inqilab onun əsəridir. Bunlar vətəndaş müharibəsinə yol açdı»

Jirinovski açıqlamalarına belə davam edib: «20 il əvvəl Soros Strasburqda mənim də içində olduğum liftə mindi. Liftdə sadəcə ikimiz idik. Onu boğmak kimi bir istək doğdu ürəyimdə. Mənə qorxulu gözləri ilə baxdı. 20 il əvvəl ona yazığım gəldi.İndi düşünürəm ki, nahat etməmişəm». Qeyd edək ki, bu çıxışı bir neçə il əvvəl də etiraf etmişdi.

Məqalədə : Jirinovski 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru