Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2017
15:00
Eldar Mahmudovun qohumundan 10 milyon alındı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Beytulla Hüseynov mənimsəməkdə suçlandığı 10 milyondan çox dövlət vəsaitini ödəyib.

«Bakı Telefon Rabitə» İstehsalat Birliyinin rəhbəri olmuş B.Hüseynov 2015-ci ilin oktyabrından həbsdədir. 2016-cı ilin oktyabrından Bakı Ağır Cinayətlər Məhkəməsində «rabitə işi» araşdırılır və mühakimə olunan 11 nəfər arasında B.Hüseynov, nazirliyin Aparat rəhbəri olmuş Vidadi Hüseynov, «Aztelekom»un sabiq baş direktoru Məhəmməd Məmmədov da var.

B.Hüseynov BTRİB-in tabeliyində olan qurumlarda təmir-tikinti zamanı tenderləri formal keçirib, özünə yaxın adamların şirkətlərini qalib elan etməkdə, qiymətləri şişirdərək dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəməkdə ittiham olunur.

B.Hüseynov onun üzərində olan 10 milyon 200 minlik zərərin 3 milyonunu bir müddət əvvəl ödəmişdi. AzadlıqRadiosuna daxil olan məlumata görə, sabiq nazirin qohumu qalan məbləği də bu yaxınlarda ödəyib.

«Rabitə işi» üzrə məhkəmə prosesi yekunlaşmaqdadır. Artıq məhkəmə istintaqı tamamlanıb. Prokuror B.Hüseynova 15 il həbs cəzası verilməsini təklif edib.

Həmin iş üzrə məhkəmə qarşısına çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. (azadlıq.org)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
221

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
253

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
277

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
283

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
198

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
292

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 23:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru