Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2017
13:37
1502
Qarabağla bağlı sual erməni nazirin kefini pozub - VİDEO

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rus jurnalistinin Qarabağla verdiyi suala elə ermənisayağı da cavab verib.

FaktXəbər-in məlumatına görə, Nalbandyan italiyalı həmkarı Angelino Alfano ilə Romadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında çətin vəziyyətə düşüb.

Rus jurnalistin, "Azərbaycanın işğal etdiyiniz regionundan nə vaxt geri çəkiləcəksiniz" sualından pərt vəziyyətə düşüb və üz ifadəsi dəyişən Nalbandyan, "Bu sualı yazan üçün narahatam. Güman ki, ya redaksiyanızdan, ya da Bakıdan yazılıb",- deyə bildirərək, cavabdan yayınıb. 

Nnalbandyan Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində yaradılan Minsk Qrupunun 3 həmsədri ölkəsinin (Fransa, Rusiya və ABŞ) tövsiyələrini heçə saydığını iddia edərək, "bizim mövqeyimiz isə, bu 3 həmsədr ölkənin tövsiyələri ilə eyni istiqamətdədir. Həmsədrlərin mövqeyi beynəlxalq hüquq, güc tətbiq edilməməsi prinsipləri, xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü kimi məqamlar əsasındadır, ancaq Azərbaycan bunları rədd edir", - deyib.

Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağla bağlı səsləndirdikləri ATƏT prinsiplərini elə özləri də qulaqardına vururlar. Hər gün atəşkəs rejimi pozulur, dinc insanlar gülləbəran edilir, Azərbaycanın ərazi bütövlüyünün bərpasına maneçilik törədilir, Qarabağda yaşamış azərbaycanlı əhalinin geri qayıtmasına razılıq vermir.

Sonda bir məsələno də qeyd edək ki, Ermənistan XİN-in rəsmi yutub kanalında sözügedən mətbuat konfransından olan video səssiz şəkildə təqdim edilib.

Məqalədə : Nalbandyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru