Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 İyun

2017
10:17
827
BMT-dən İsrailə `Fələstin işğalına son qoy` çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş batibi Antonio Qutyeres, İsraili 50 ildir ki, davam edən Fələstin işğalına son qoymasına dəvət edərək, tam sülhün yeganə yolunun işğalın başa çatdırılması və müzakirə edilmiş iki dövlətli həllə mümkün olacağını bildirib.

Qutyeres İsrailin Fələstini işğalının 50-ci ilində verdiyi yazılı açıqlamada bu işğalın Fələstin xalqına ağır bir yük olduğunu və nəsildən nəsilə qaçqın şəhərciklərində yoxsulluq içində yaşamaq məcburiyyətində qoyduğunu xatırladıb.

İşğalın həm fələstinlilərin, həm də israillilərin həyatlarını formalaşdırdığını, zorakılıq və intiqam hissinə təkan verdiyini qeyd edən Qutyeres, işğalın davam etməsinin fələstinlilərə dövlət qurmaq arzularının, israillilərə isə sülh və təhlükəsizlik istəyinin reallaşmayacağı mesajını göndərdiyinə diqqəti çəkib.

Qutyeres, "Fələstinin dövlət olmaq həsrətini reallaşdırması, İsrailin təhlükəsizlik narahatçılıqlarını aradan qaldırması və uzunmüddətli sülhün təməllərinin atılmasının yeganə yolu 1967-ci ildə başlayan İsrail işğalına son qoyulması və müzakirə edilmiş iki dövlətli planın tətbiqidir. Fələstin xalqı əvəzolunmaz haqlarını, ancaq bu şəkildə qazanar", - deyə bildirib.

Müstəqil Fələstin dövləti quraraq münaqişələrə son verməyin və Fələstinin İsrail ilə yan-yana sülh şəraitində, təhlükəsiz şəkildə yaşamasının vaxtı gəldiyini vurğulayan Qutyeres, İsrail-Fələstin münaqişəsinin həll edilməsinin Yaxın Şərqdə zorakılıq hadisələrini və terroru ortadan qaldıracağını, insan haqları, əməkdaşlıq, təhlükəsizlik və rifahın qapılarını açacağını ifadə edib.

Məqalədə : Fələstin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 15:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru