Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2017
09:56
1749
BMT baş katibi Qutyeres: Okeanlardakı plastik zibillər 2050-ci ildə balıqlardan çox olacaq

2030 Davamlı İnkişaf Təşəbbüsünü dəstəkləmək məqsədilə BMT baş katibinin himayəsində bu il ilk dəfə keçirilən "Dünya Okean Konfransı" BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında başlayıb.

FaktXəbər-in məlumatına görə, Konfransın ilk iclaslında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Qutyeres ilə birlikdə təxminən 200 ölkənin dövlət başçıları, nazirlər, diplomatlar və ekoloji fəallar iştirak edib.

Toplantıda çıxış edən Qutyeres çirklilik, həddindən artıq ov və iqlim dəyişikliyinin təsirləri ilə okeanların ciddi ziyan gördüyünü və planetin həyat mənbəyinin heç olmadığı qədər təhdid altında olduğunu söyləyib.

Qutyeres, "Okeanları qorumaq və onları davamlı istifadə etmək, həyatın özünü qorumaqdır", - deyə bildirib.

Okeanlarla əlaqədar son araşdırmanın göstəricilərinə toxunan Qutyeres, "bu iş, okeanları qorumaq üçün heç bir iş görülməsə, 2050-ci ildə atılan plastik zibillərin balıqlardan daha çox olacağını ortaya qoyur", deyə bildirib.

BMT Baş Assambleyasının rəhbəri Piter Tompson da okeanlarla əlaqədar çirklilik məsələsində gedilən yanlış yoldan qayıtmağın vaxtının çatdığını vurğulayıb. 

Tompson, "okeanlar üzərində təbiəti çox faciəli şəkildə çirkləndirən plastik bəlasını sərbəst buraxdıq", - deyə qeyd edib.

Boliviya prezidenti Evo Morales başda olmaqla iclasdakı bir çox məruzəçi ötən həftə ABŞ-ın 2015 Paris İqlim Müqaviləsindən çəkiləcəyini açıqlayan ABŞ prezidenti Donald Trampı bu qərarına görə tənqid edən bəyanatlar səsləndiriblər.

Məqalədə : ekologiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
193

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
129

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
158

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
112
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru