Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulub. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirib. İdmanın karate növü ilə də ciddi məşğul olub. Qısa müddətdə idman ustası adını qazanıb.
C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağrılıb. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək də olub. Çox keçmədən, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələnir.
Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil olub. 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəkı döyüşçüləri xilas etmək üçün havaya yüksələn hərbi helikopter üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutur və oradakı erməni bölüyünü məhv edir.
Helikopterin komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxırlar. İki uçuşu müvəffəqiyyətlə başa vururlar. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirir. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmir. Mİ-24 vertolyotu yenidən səmaya qalxır. Bu dəfə onlar raket atəşinə məruz qalırlar.
Zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. Uca şəhidlik zirvəsinə yüksələn Cavanşirin tapılan nəşi, 1992-ci il sentyabr ayının 9-da vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın uyuduğu "Şəhidlər xiyabanı"nda döyüşçü yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə dəfn edilir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
09
Dekabr
Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
09
Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
09
Dekabr
DİN-dən Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi məsələsinə RƏSMİ REAKSİYA
09
Dekabr- 26-03-2019 20:56 Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
- 07-02-2019 10:36 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 30-07-2018 16:54 Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür
- 25-07-2018 16:08 Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
- 19-06-2018 11:53 Milli Qəhrəman Səfa Axundovun doğum günüdür
- 18-06-2018 11:11 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 28-05-2018 20:46 Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO-VİDEO
- 17-05-2018 13:16 Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür
- 19-04-2018 11:45 Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür
- 16-04-2018 14:15 Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür
- 10-04-2018 12:52 Milli Qəhrəman Yelmar Edilovun doğum günüdür
- 05-04-2018 15:25 Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür
- 09-03-2018 12:25 "Milli Mübarizə Məktubu" 10 dildə hazırlandı - VİDEO
- 02-03-2018 14:30 Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür
- 26-02-2018 10:05 Barselonada Xocalı fləşmobu - VİDEO
- 26-02-2018 08:02 XX əsrin faciəsi: Xocalı soyqrımından 26 il keçir