Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2017
09:48
Putin “NBC” telekanalının müxbirinə dərs keçdi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın "NBC" telekanalına müsahibəsində amerikalı jurnalistin müxalifətin sıxışdırılması ilə bağlı suala maraqlı cavab verib. Putin bildirib ki, ABŞ rəhbərliyinin öz ölkəsində müxalifətə təzyiq göstərdiyi bir vaxtda digər dövləti bu mövzuda tənqid etmək hüququ yoxdur.

Rusiya prezidenti müsahibə zamanı "Wall Street" hadisələrini də gündəmə gətirib və onların taleyi barədə danışıb: "Bizdə müxalifət mitinqlər təşkil edir və insanlar öz baxışlarını bildirmək hüququna malikdir. Bəli, əgər insanlar öz fikirlərini ifadə zamanı mövcud qanunvericiliyi pozursa, onda hüquq-mühafizə orqanları qayda-qanun yaratmağa çalışırlar. Bizim polis nə də dəyənək, nə gözyaşardıcı qaz, nə də digər ifrat tədbirlərlə qayda-qanun yaratmır. Halbuki biz bunu digər ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda tez-tez görürük. O ki, qaldı müxalifətə, "Wall Street Occupy" hərəkatını xatırlayaq. İndi onlar hardadır? Birləşmiş Ştatların xüsusi xidmət və hüquq-mühafizə orqanları onları yox ediblər. Mən sizə sual vermirəm ki, Birləşmiş Ştatlarda demokratiya ilə vəziyyət necədir? Siz niyə özünüzü bizə belə suallar vermək, yaşamağı öyrətmək və mənəvi mühakimə etmək hüququna malik hesab edirsiniz?"

Məqalədə : Putin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
95

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
190

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

16

Aprel
14:12
İQTİSADİYYAT
205

Azərbaycan nefti bahalaşıb

16

Aprel
11:31
İQTİSADİYYAT
240

Ramazan ayı özünü qaydaya salmaq ayıdır

16

Aprel
11:20
MƏNƏVİYYAT
230

DYP-dən sürücülərə MÜRACİƏT

16

Aprel
11:13
ÖLKƏ
580
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-04-2021 20:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru