Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2017
13:58
4761
Dörd ayda 555 yol qəzası, 202 ölüm - `Günahkarlar yalnız sürücülər deyil`

Ölkəmizdə nəqliyyat vasitələrinin sayı günü-gündən artır. Bununla yanaşı,  sürücülərin qaydalara riayət etməməsi, diqqətsizliyi nəticəsində baş verən yol qəzaları da azalmır. Baş verən qəzalar maddi ziyanlara, insanların xəsarət almasına, ölümə, başqa xoşagəlməz hallara səbəb olur. 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-ın suallarını cavablandıraraq deyib ki, yol qəzalarının səbəbi müxtəlifdir.

“Qəzaların baş verməsinin ən başlıca səbəbi hər-hansı hərəkət iştirakçısının yol hərəkət qaydalarını pozmasıdır. Sürət həddinin aşınması, manevr qaydalarının pozulması, ötmə əməliyyatının düzgün aparılmaması və digər səbəblər yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur”. 

Maarifləndirmə işlərinin davamlı aparıldığı vurğulayan şöbə rəisi, təkcə qanunları bilmək yox, onlara riayət etməyin da lazım olduğunu bildirib.

“Bu gün ən çox yol-nəqliyyat hadisəsi piyadaların vurulması ilə bağlı olan qəzalardı. Hansı piyada yolun müəyyən olunmamış yerindən keçməyin onun həyatı üçün təhlükə olduğunu bilmir? Amma müşahidə edirik ki, hər istiqamətdə 4-5 zolağı olan, ortasında beton arakəsmələr qoyulan yollarda piyadalar yüksək sürətlə hərəkət edən avtomobillərin qarşısına keçirlər. Bundan başqa, götürək sürət həddinin aşılmasını, bu gün hamı bilir ki, yaşayış məntəqəsində, avtomagistralda, digər yollar sürət həddi neçədir. Sürücülər bütün bunları bilsə də, qaydalara riayət etmirlər. 

Bu qədər qəzalar baş verir, bununla bağlı qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə və ən çox da televiziyalarda məlumat verilir. Televiziyalarda qəzalarda dünyasını dəyişən insanlar, xəsarət alanlar haqqında, hadisənin ilkin səbəbləri ilə bağlı məlumat verilir. Əslində bunların hamısı bir təbliğat, maarifləndirici xarakter daşıyır.  Belə məlumatları izləyən, sürücülər və piyadalar nəzərə almalıdır ki, heç kim qəzalardan sığortlanmayıb.  Bir insanın bir qaydanı pozaması bəlkə də ona adi hal kimi gələ bilər, amma nəzərə alınmadır ki, sürücülərin və piyadaların ciddi hesab etmədiyi qayda pozuntusu son nəticədə faciəyə səbəb ola bilər. Ona görə də bütün yol-hərəkət iştirakçıları yol hərəkət qaydalarına ciddi riayət etməldir”. 

Kamran Əliyev bildirib ki, bu ilin ilk 4 ayı ərzində 555 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Baş vermiş 555 qəza nəticəsində 202 nəfər dünyasını dəyişib, 558 nəfər yaralanıb. Ümumilikdə ötən ilin ilk dörd ayı ilə bu ilin 4 ayını müqayisə etsək qəzaların sayı 8, yaralıların sayı 51 fakt azalıb, ölənlərin sayında isə 20 fakt artım var. Konkret olaraq ötən ilin aprel ayı ilə bu ilin aprel ayını müqayisə etsək, hadisələrin sayı stabildir, ölənlərin sayı 1, yaralananların sayı isə 15 fakt azalıb”.

Müsahibimizin sözlərinə görə, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində hər zaman sürücülər günahkar olmur. 

“İnsan ölümü və xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olursa, bununla istintaq orqanlarında xüsusi araşdırma aparılır. Araşdırma nəticəsində yalnız müəyyən olunur ki, qəzanın baş verməsində təqsirkar tərəf kimdir. Bu ilin ilk 4 ayının statistikalarına görə, piyada vurulması ilə nəticələnən 279  yol-nəqliyyat hadisələrindən 36-sı sırf piyadaların təqsiri ucbatından baş verib. Bu 36 hadisədə 20 nəfər dünyasını dəyişib, 16 nəfər isə xəsarət alıb.

Bir məsələ nəzərə alınmalıdır ki, sürücü sürücülük hüququnu əldə etmək üçün xüsusi kurs keçir, buna görə də sürücülük vəsiqəsi əldə edir. Amma piyadalar qaydaları bilməyə bilər, bu, onları məsuliyyətdən azad etmir. Sürücünün borcudur ki, hətta müəyyən olunmamış yerdə piyadanı yolun hərəkət hissəsində görürsə, onu vurmamaq üçün mümkün olan bütün tədbirləri görsün. Sürücü mümkün olan bütün tədbirləri görürsə, ancaq bu hadisə qaçılmaz olursa, bu halda sürücü heç bir məsuliyyət daşımır”.

Məqalədə : yol qəzaları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1854

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
351

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
705

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
317

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1018

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
232
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru