Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2017
14:26
AZAL və Şahdağ Turizm Kompleksi özələşdirilsin

“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüflər olsun ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev qeyd edib ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:

“Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir.

Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın! Eləcə də, səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır.

Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AZAL Şahdağ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com