Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2017
15:49
1320
Bakının yeni Baş planı tam hazırdır

“Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb. Hazırda layihənin tamamlanması üzrə işlər başa çatmaq üzrədir”.

Bir müddət əvvəl xəbər verdiyimiz kimi bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Ağamirzə Canmirzəyev bildirib.

Əməkdar memar Feyzulla Quliyev isəlayihə ilə bağlı Modern.az-a maraqlı açıqlama verib.  

“Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin məsləhətçisi olan F.Quliyev bildirib ki, I və II etap layihələr tam hazırdır:

“I etapda hazırlanan “Böyük Bakının Regional İnkişaf  Planı və məxsusi Bakının ərazilərdən istifadə və zonalaşmasına dair layihə (Baş plan)” 2014-cü ilin dekabrında Nazirlər Kabinetinə təqdim edilib. Dünya Bankının ayırdığı 5 milyon manatdan qalan vəsait də xırda qəsəbələrin baş planlarının hazırlanmasına sərf olundu. Abşeron yarımadasına daxil olan Abşeron, Sumqayıt, Xırdalan, o cümlədən Bakının bütün ərazisi bu etapa daxildir. İkincisi, 2016-cı ilin sonlarından başlayaraq Bakı İcra Hakimiyyətinin ərazisinə məxsus olan şəhər tipli qəsəbələrin baş planları hazırlanıb və müzakirəyə çıxarılıb. Həmin vaxt Hacıbala Abutalıbov hər nə qədər bu layihədən xəbərsiz olduğunu desə də, onun razılıq ərizəsi alınmışdı”.

Modern.az məsələni dəqiqləşdirmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutunun direktoru “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin rəhbəri İlqar İsbatovla əlaqə saxlayıb.

Layihə rəhbəri Modern.az-a bildirib ki, Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb:

“Hazırda layihə üzərində aparılan işlər başa çatıb. Layihə ilə bağlı ayrı-ayrı qurumların razılıq məktubları da alınıb. Sifarişçilərdən olan Dünya Bankının rəsmiləri Azərbaycan hökumətinə məktub yazaraq layihəni yüksək qiymətləndirdiyini və dəstəklədiyini bildirib”.

İ.İsbatov ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun layihə ilə bağlı narazı qaldığı məqamlara da aydınlıq gətirib:

“Həmin vaxt merin əlində bu iş barədə razılıq məktubu var idi. Amma buna baxmayaraq irad bildirilən konkret 2 məsələ ilə bağlı dəyişiklik edilib. Layihə tam hazırdır”.

Modern.az-ın məlumatına görə, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 

Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb.

Məqalədə : Bakı baş plan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com