Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2017
14:34
Qətər İraq Hizbullahına 500 milyon dollar verib

FaktXəbər-in verdiyi məlumata görə, Qətər rəhbərliyi İraqda İŞİD terrorçularına qarşı mübarizə aparan Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinə 500 milyon dollar verib. Bu barədə Səudiyyə Ərəbistanının "Okaz" qəzeti məlumat yayıb. Məlumata görə, Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Ali Sani İraqa səfəri zamanı yarım milyard dolları baş nazir Heydər Əl-İbadiyə çatdırıb.

"Əl-Ərəbiyyə" telekanalı xəbər verir ki, Qətərin XİN rəhbərinin İraqa 500 milyon dollar aparması iki səbəbdən qaynaqlanır. Birinci səbəb kimi 2015-ci ildə İraqın Əl-Musənnə şəhərinə ovlamaq üçün gələn 24 qətərlinin aprel ayında girovluqdan azad olunması göstərilir. Məhəmməd bin Əbdürrəhman Ali Sani qətərli girovların azad olunması üçün tələb olunan maliyyəni Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" ordu birləşməsi üçün gətirib.

Digər səbəb kimi Qətərin son zamanlar Səudiyyə Ərəbistanı və BƏƏ-yə üzv çevirərək İranla əməkdaşlığa başlaması və buna görə İŞİD-lə mübarizə aparan könüllü döyüşçülərə maliyyə yardımı etməsi bildirilir. Səudiyyə və BƏƏ rəhbərliyi Qətərin rəsmi Tehranla yaxınlaşmasından narahat olduğu üçün rəsmi Dohaya bu barədə xəbərdarlıq ediblər.

Məqalədə : Qətər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12135

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
10840

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12293

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
11877

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17224

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11674

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
11854
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 15:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru