Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2017
17:23
1347
Ankarada Qarabağ Parkının açılışı olub

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.

Deputatlar Qənirə Paşayeva, Elman Nəsirov, Əmrullah İşlər və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu bölgənin və ona bitişik rayonların təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, problemin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi sülh səylərindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, Pursaklar bələdiyyəsi tərəfindən Qarabağ Parkının salınması Türkiyə xalqının Azərbaycana göstərdiyi dəstəyin bariz nümunəsidir.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində səyləri qeyd edilib.

Sonra türkiyəli deputatlara Heydər Əliyev Fondunun hazırladığı muğam musiqisinin kataloqunu və  Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə olunub.

Məqalədə : Ankara 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru