Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2017
21:51
Masallıda 77 evdə çökmə baş verib, bir neçə ailə evakuasiya olunub - FOTO

Masallı rayonunun üç kəndi ərazisində 77 evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.

 

Rayonun Qodman ərazi nümayəndəliyinə aid olan, Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə izə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və iri çatlar yaranıb. Bəzi yaşayış evlərinin istinad divarları tam aralanıb. Son günlər bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

 

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, hadisəyə səbəb iki il ardıcıl yay aylarında havaların quraq keçməsidir: “Bu ərazilərin torpaqları sarı gil olduğundan payız aylarında yağan yağıntılar çatlara dolaraq torpaq qatında boşluq yaradır. Məsələ ilə bağlı  aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək”.

 

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndindədə 11 yaşayış evində təhlükə qalmaqdadır. (APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Masallı çökmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 04:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com