Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2017
11:44
1313
Taksi sürücülərini aldadan şəxs tutuldu - FOTO

Ölkənin daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə FaktXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) müraciət edən rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü tanımadıqları iki nəfər naməlum şəxs tərəfindən aldadılaraq pullarının mənimsədildiyinin bildiriblər.

Qaradağ RPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qail Nadirov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, müxtəlif vaxtlarda qeyd edilən ünvanda sürücülərə yaxınlaşan Q.Nadirov onlardan içərisində kompüter avadanlığı, həmçinin guya müxtəlif operatorlara məxsus bahalı mobil telefon nömrələr olan bağlamaları gedəcəyi rayona aparmalarını və orada gözləyən adama çatdırmağı xahiş edib.

Bunun müqabilində isə o, rayonlarda guya həmin bağlamaları qəbul edəcək adamın ödəyəcəyi pulu bəri başdan taksi sürücülərindən dələduzluq yolu ilə alıb.

Zərərçəkənlərin etimadını qazanmaq üçün isə Q.Nadirov guya bağlamanı qəbul edəcək adamla telefon əlaqəsi yaradaraq onun taksi sürücüləri ilə danışmasını da təşkil edib. Taksi sürücüləri qeyd edilən təkliflə razılaşıb pulu verdikdən sonra rayonlara çatdıqda onlara pulu qaytarmalı olan şəxslə əlaqə saxlaya bilməyiblər və yalnız o zaman aldanıldaqlarını dərk ediblər.

Qeyd edək ki, sürücülərə təqdim olunan bağlamalardakı kompüter avadanlıqları işlək vəziyyətdə olmayıb, telefon nömrələri isə qeyd etdikləri kimi bahalı yox adı sim kartlar olub.

Göstərilən faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Q.Nadirovla birgə qeyd edilən dələduzluq cinayətlərini həyata keçirməkdə şübhəli bilinən digər şəxsin də axtarışları davam etdirilir.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Q.Nadirovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Qaradağ RPİ-nə müraciət edə bilərlər.

Məqalədə : Taksi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
289

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
175

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
259

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
191

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
203

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
186

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
207
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru