Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 May

2017
10:09
1161
Bəhreyndə İslam alimi Şeyx İsa Qasimə dəstək aksiyasında 6 nəfər həlak olub-VİDEO

Bəhreyndə məhkum edilən tanınmış İslam alimi Şeyx İsa Qasimə dəstək üçün aksiyanın keçirildiyi Manama şəhərinin Diraz kəndində xüsusi əməliyyat zamanı polis 286 nəfəri həbs edib. FaktXəbər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə  Bəhreyn DİN-i məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis aksiyaçılara atəş açıb, nəticədə müxtəlif məlumatlara görə 2-6 nəfər həlak olub, onlarla insan yaralanıb.

Xatırladaq ki, dünən Bəhreyndə şiə müsəlmanların lideri və ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin evinə silahlı basqın olub. Bu barədə "Əl-Aləm" telekanalı məlumat yayıb. Məlumata görə, Bəhreynin nüfuzlu din xadiminin evinə hücumu İordaniyadan gətirilmiş muzdlu polislər təşkil edib.

Şeyx İsa Qasimin evinə əvvəlcə zirehli maşınlarla hücum edən silahlılar öz istəklərinə nail ola bilməyincə, təcili tibbi maşınlarından istifadə edərək nüfuzlu alimin evinə yaxınlaşıblar. Qeyri-rəsmi məlumatlar görə, Şeyx İsa Qasimin evinə daxil olmağı bacaran muzdlu polislər onu həbs edib.

Qeyd edək ki, Şeyx İsa Qasim Bəhreynin mənəvi lideri sayılır. 20 iyun 2016-cı il tarixdə Bəhreyn rejimi Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum edərək onu “məzhəbçilik” və “zorakılığın” təbliğatında günahlandırıb. Amma buna baxmayaraq, ona qarşı irəli sürülən ittihamlar sübut olunmayıb. Məhkəmə qərarından sonra Şeyx İsa Qasimin doğma kəndi də rejim qüvvələri tərəfindən mühasirədə saxlanılıb. 

Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru