Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2017
15:43
`Mövsüm Səmədovun həyatı üçün təhlükə var` - Yenidən Qobustana göndərilir

Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Çəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “İslaminSesi”nə vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, 12 saylı CÇM-nin rəhbərliyi Mövsüm Səmədovun yenidən Qapalı Tipli Həbsxana göndərilməsi ilə bağlı məhkəməyə müraciət edib. Müraciətin məhkəməyə dünən göndərildiyini söyləyən Yalçın İmanov, məhkəmənin müraciətə nə vaxt baxacağının isə bəlli olmadığını bildirdi. 

“May ayının 21-i Doktor Səmədovun yarım kars tipli cəza müddəti başa çatmasına baxmayaraq, ona bildiriblər ki, həbsxanada həyatınız üçün təhlükə olduğuna görə təhlükəsiz saxlanma şəraitinə keçirilirsən. Guya ki, həbsxanada Mövsüm Səmədovun şəxsiyyətinə sağlamlığına və təhlükəsizliyinə digər məhbuslar tərəfindən təhlükə yarana bilər. Bu tədbir yalnız məhbusun öz ərizəsi ilə həyata keçirilə bilərdi ki, Mövsüm Səmədov da nə yazılı, nə də ki, şifahi formada belə bir müraciət ünvanlayıb. O, özünə qarşı hər hansı bir təhlükə hiss etmədiyini söylədi.” 

Vəkil onu da qeyd etdi ki, Mövsüm Səmədov baş verənləri CÇM-nin rəhbərliyinin öz fəaliyyəti kimi qiymətləndirir: 

“Müəssisə rəhbərliyi ilə görüş zamanı mənə bildirdilər ki, onlar Əməliyyat Aparatından daxil olmuş məlumat əsasında belə bir addım atıblar. Guya ki, Mövsüm Səmədovun həyatı üçün təhlükə var. Qanunsuzluq bundan ibarətdir ki, həbsxana rəhbərliyi Mövsüm Səmədovu xüsusi mühafizə tipli otağa keçirdiyi gün, paralel olaraq Qapalı Tipli Həbsxanaya göndərmək barədə məhkəməyə müraciət edib. Eyni zamanda müəssisə rəhbərliyi Mövsüm Səmədova onun zon üçün təhlükəli olduğunu söyləyib. Səbəb isə Doktor Səmədovun məhbuslar arasında ilahi və əxlaqi dəyərləri yaymasıdır.”

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov baş verənləri əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsi olduğu qənaətindədir: “Mövsüm Səmədov bildirdi ki, 12 saylı CÇM-nə gəldiyi gündən ona qarşı baş verənlər onu yenidən Qapalı Tipli Həbsxanaya göndərmək üçün idi. Mənə qarşı baş verənlərin hamısı qanunsuz, şər və böhtandır. Doktor Səmədov onu da xatırlatdı ki, onun üçün həbsxanaların fərqi yoxdur. İstər qapalı olsun istərsə də açıq.”

Sonda Yalçın İmanov qeyd etdi ki, Mövsüm Səmədovun ayağında damar genişlənməsi xəstəliyi var və qapalı həbsxana şəraiti müvəkkilinin səhhətinə mənfi təsir göstərəcək: “Çünki damar genişlənməsindən əziyyət çəkən insanların daima hərəkətdə olmalarına ehtiyac vardır ki, Qapalı Tipli Həbsxana şəraitində bu mümkün deyil.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48628

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 16:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru