Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2017
14:22
1631
Dövlət Neft Fondunun büdcəsindən 9 milyard manat xərclənib

2016-cı ildə Azərbaycan respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10636,3 milyon manat proqnoza qarşı 9002 milyon manat və ya 84,6 faiz icra olunub. Bu da 2015-ci illə müqayisədə 157,9 milyon manat və ya 1,7 faiz azdır.

Modern.az-ın məlumatına görə, bu “2016-cı il dövlət büdcəsinin icrası  haqqında” qanun layihəsində qeyd olunub.

Fondun xərclərinin 7615 milyon manatı və ya 84,6 faizi dövlət büdcəsinə transfertə, 1387 milyon manatı və ya 15,4 faizi ölkəmizdə və xaricdə bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə yönləndirilib (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin  maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi, Azərbaycan gənclərinin xarici ölkələrdəki təhsilinin maliyyələşdirilməsi, “Cənub qaz Dəhlizi” layihəsində Azərbaycan respublikasının iştirak payının maliyyələşdirilməsi, “Star” neft emalı kompleksinin tikintisinin maliyyələşdirilməsi).

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neft fondu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com