
Son zamanlar “Whatsapp”, “Facebook Messenger” və “Skype” vasitəsilə pulsuz video danışıq imkanı verən alətlərdən istifadədə problemlər yaranıb. Həmçinin, internet istifadəçiləri də internetin sürətinin ciddi zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər.
Azərbaycanın ən əsas internet provayderi olan "Delta" Telekom nə baş verdiyi ilə bağlı açıqlama verib.
Qurumdan Lent.az-a bildirilib ki, Azərbaycanda internetin keyfiyyəti pisləşməyib: “Azərbaycan ərazisində internetin keyfiyyətinin hədsiz dərəcədə pisləşməsini bildirmək düzgün yanaşma deyil. İnternetin keyfiyyəti onu yayan provayderlərin xidmətindən asılıdır və keyfiyyətə də müxtəlif təsirlər ola bilər. Amma ümumilikdə Azərbaycana daxil olan internetin nə keyfiyyətində, nə də sürətində problem var”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə internetlə bağlı yaranan bu problemi əksər yerli provayderlərin "Delta"ya olan borcları ilə əlaqələndirib. O qeyd edib ki, bu borcları əldə edə bilməyən "Delta"nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərir.
Mütəxəssisin bu fikirlərinə də "Delta" Telekom cavab verib. Bildirilib ki, gələcəkdə internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılması istisna edilmir: “O. Gündüzün də bildirdiyi kimi, onlayn statistikaya baxsanız, ölkəyə daxil olan trafikin dəyişmədiyini görə bilərsiniz. Borclu provayderlərin olması məsələsi də düzgündür. Amma hələ ki, tərəfimizdən internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılmayıb. Amma gələcəkdə belə addımların atılması istisna olunmur. Buna görə də bildiririk ki, internet sürətinin və keyfiyyətinin pisləşməsi "Delta" Telekomdan qaynaqlanmır”.
Qurumdan o da bildirilib ki, sosial şəbəkələrdən videozəngin getməməsi məsələsi onların fəaliyyəti ilə əlaqə deyil, buna görə də bu barədə suala cavab verə bilməzlər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun13-06-2020 09:40 Sərt karantin günlərində telefon və internetdə problem olmayacaq
21-11-2019 15:58 Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq
04-09-2019 15:48 Azərbaycanda internet niyə bahadır? - SƏBƏB
03-09-2019 16:20 Ölkədə internetin sürəti zəifləyib? - RƏSMİ AÇIQLAMA
19-05-2019 11:33 Ekspert: Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır
30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi