Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2017
08:25
1602
İslamiada: Azərbaycan qızıl medal sayını 75-ə çatdırıb

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.

FaktXəbər-in məlumatına görə, gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.

Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.

Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.

Məqalədə : İslamiada 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
142

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
281

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
243

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
72

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
42

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
70

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 23:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru