Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2017
19:00
2044
Qarabağ Azadlıq Təşkilatı Minsk Qrupu üçün cavablandırılması çətin suallar ünvanladı

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupu həmsədrlərinin son ermənipərəst açıqlaması və Rusiyanın Azərbaycana qarşı yanlış addımları ilə bağlı bəyanat qəbul edib. Qurumun mətbuat xidmətindən FaktXəbər-ə daxil sənəddə göstərilir:

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və işğalçı Ermənistan qoşunlarının qarşıdurma xəttində mayın 15-17-də baş vermiş hadisələrlə bağlı mövqeyini qəti şəkildə pisləyir. Həmsədrlər bu məsələ ilə bağlı birgə bəyanat verərək Azərbaycan tərəfini günahlandırmağa çalışır və bununla da bir daha açıq ermənipərəst mövqe nümayiş etdirirlər.

Hesab edirik ki, Azərbaycan Silahlı Qüvvələri mayın 15-də qarşıdurma xəttində Ermənistan silahlı birliklərinin təxribat məqsədilə yerləşdirmək istədikləri “OSA” zenit-raket kompleksini tam haqlı olaraq məhv edib. Azərbaycan bu yöndə fəaliyyətini davam etdirməli, o cümlədən, işğalçı ordunun zəbt etdiyi ərazilərimizdə keçirdiyi hərbi təlimləri raket zərbəsi ilə dağıtmalı, işğalçı dövlətin terrorçu prezidentinin və digər rəsmilərinin işğal olunmuş ərazilərimizə istənilən səfərlərinin qarşısını raket zərbəsi ilə almalıdır. Azərbaycanın beynəlxalq hüquq normalarına, Azərbaycan qanunlarına görə buna tam haqqı var.

Minsk qrupu həmsədrlərinə, Xankəndinə səfərlər etməkdən və bununla da oradakı qondarma qurumu təbliğ etməkdən yorulmayan Kaspşik adlı üzdəniraq “şəxsi nümayəndəyə” deyirik ki, hər dəfə sizlərdən işğalçı və işğala məruz qalanı göstərməyi xahiş edəndə susursunuz. İndi necə oldu ki, hamınız birlikdə atəşkəsin pozulmasında Azərbaycanı ittiham edirsiniz? Bəs nə üçün bu günə qədər Azərbaycanın 20 faiz ərazisini zəbt etmiş Ermənistanı işğalçı kimi tanımırsınız? Nə üçün terrorçu Sərkisyanın işğal olunmuş Dağlıq Qarabağa səfərlərinə heç bir reaksiya vermirsiniz? Cavab verin: Serj Sərkisyan hansı haqla həmin ərazilərə səfər edir? Nə üçün Ermənistanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsinə susursunuz? Nə üçün Ermənistanın işğal olunmuş ərazilərdə demoqrafik situasiyanı dəyişməsinə, kənardan erməniləri gətirib orada yerləşdirməsinə heç nə demirsiniz?

Bu və digər suallara cavabınız yoxdur və ola da bilməz. Çünki işğalçı Ermənistanı dəstəkləyən təmsil etdiyimiz dövlətlərdir. Sizin dövlətləriniz işğalçı, terrorçu Ermənistanı himayə edir. ABŞ, Fransa, Rusiya tam ermənipərəst mövqedən çıxış edirlər. Rusiya son hərəkətləri ilə bu istiqamətdə daha çox fəallıq göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması, Rusiya XİN rəsmilərinin açıq ermənipərəst açıqlamaları, Rusiyanın Ermənistanı silahlandırması heç bir ölçüyə sığmır. Belə təsəvvür yaranır ki, Rusiya hökuməti bir dəstə erməni işbazının əlində oyuncağa çevrilib.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina etməlidir. Həmçinin Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır.

Məqalədə : ATƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru