Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2017
18:44
2058
İlham Əliyev Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

FaktXəbər-in məlumatlna görə, məktubda deyilir: "Hörmətli cənab Ruhani!

İran İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənizin inkişafı və rifahı naminə gördüyünüz işlərə verilən yüksək qiymətdir.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasındakı siyasi dialoqu, müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı, mədəni əlaqələrimizi, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirirəm.

İkitərəfli əlaqələrimiz xüsusən son illərdə yüksələn xətlə inkişaf etmiş və yeni məzmun kəsb etmişdir. Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər və həyata keçirdiyimiz layihələr münasibətlərimizin inkişafında mühüm rol oynayır.

İnanıram ki, ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
215

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
164

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1162

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
140

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
697

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
720

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 08:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru