Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 May

2017
15:44
1279
İngiltərə hökuməti öz vətəndaşlarını internet vasitəsi ilə güdməyə başlayıb...

"İngiltərə hökuməti internetdən istifadə edərək hətta uşaqları belə evlərində çılpaq vəziyyətdə lentə alır. Bu qeyri-qanuni sistemin maliyyələşdirməsi isə yenə də vergi ödəyicilərinin cibindən çıxır. Üstəlik, əsas xidmətlər üçün vəsait ayrılmadığı halda. Və son dövrdə məktəblərdə yaradılan yeni sistem bu sahədə fəallığı bir qədər də artırır."

FaktXəbər-in məlumatına görə, jurnalist Qraham Vanberqenin İngiltərədəki dövlət izləməsinin qorxunc ölçülərindən bəhs edən və "Global Research"də yayımlanan məqaləsi bu sözlərlə başlayır.

Dünyanın hər yerində "kəşfiyyat orqanı" ilə "pis ad" deyiləndə ağla ilk gələn Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi olmasına baxmayaraq, Vanberqen siyasi seçim edərək məqalədə STASİ-yə (Ministerium für Staatssicherheit - gizli polis - red.) eyham vurur. 

İNGİLTƏRƏNİN MÜŞAHİDƏSİ DEMOKRATİYADAN DAHA ÇOX DİKTATURAYA OXŞAYIR

Hələ bir neçə il əvvəl, 2013-ci ildə Edvard Snoudenin ifşaları ortaya çıxana qədər, Britaniya vətəndaşları hədəfi olduqları dövlət tərəfindən izlənilməsindən xəbərsiz idilər.

Hökumət hər hansı bir hüquqi prosedur, müzakirə və ya icazə gözləmədən, kommunikasiya orqanı olan Government Communications Headquarters (GCHQ - Hökumət Rabitəsi Qərargahı) vasitəsi ilə vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən sistem yaratdı.

Hüquqi nəzarəti "yox" deyiləcək qədər az olan sistem - internet şəbəkələrinə girərək ölkədəki bütün kişi, qadın və uşaqların informasiyalarını toplayan baza yaradıldı.

BÜTÜN TELEFON DANIŞIQLARI QEYDƏ ALINIR

Biometrik şəxsiyyət vəsiqəsi etibarlığını itirdi. Çünki artıq hər hansı bir şəxsiyyət vəsiqənin saxlaya biləcəyi informasiyadan daha çox məlumata malikdirlər.

GCHQ-nun 360 dərəcə tam spektrli kütləvi informasiya sistemi, Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinin əleyhinə və həyasızcasına meydan oxuyaraq yaradılıb.

Digər böyük milli infrastruktur layihələrinin əksinə olaraq, Britaniya Parlamenti bu nəhəng layihəni müzakirə etməyib. 

Hər bir telefon danışığı hansı cihazdan edilərsə edilsin, qeydiyyata alınır. Çəkilən hər bir foto, edilən bir səfər, girilən hər bir internet saytı, tibbi və maliyyə məlumatları da daxil olmaqla bütün şəxsi detallar, əlaqə vasitələri... Xülasə, məhrəm olan heç bir şey qalmayıb.

ƏHALİNİN 20 FAİZİNİN GÖRÜNTÜLƏRİ MƏHRƏM NÖVDƏNDİR

Onlarla nəzarət proqramından biri olan "Optic Nerve" adlı proqram, veb kameralar vasitəsi ilə milyonlarla insanı qeyri-qanuni olaraq qeyd alıb və saxlayıb. Ehtimalımız budur ki, çəkilən görüntülərin 20 faizi ailədaxili məhrəmliyə aiddir. Bunlara kiçik uşaqların evdəki çılpaq halları və yetkin cütlərin yaxınlaşmaları da aiddir. Hökumətin 17 ildir qanunsuz şəkildə bunu davam etdirdiyi ortaya çıxıb. Bunlar açıq cinayət təşkil etməsinə baxmayaraq, heç kəs məsuliyyətə cəlb olunmayıb. Hökumətin standart səbəsi isə "milli təhlükəsizlik" olub.

Unutmayaq ki, terrorizm özlüyündə siyasi mənşəli problemdir. Britaniya hər biri tamamilə xaosa yuvarlanan və terrorizmin yuvasına çevrilən Əfqanıstan, İraq və Liviyanın parçalanmasında və Suriyanın davam edən böhranında cinayət ortağıdır. Öz xalqımız üzərindəki internet nəzarəti hansı səviyyədə olursa olsun, bu problemi həll etməyəcək və Britaniya xalqı edilənlərin əvəzini müəyyən formalarda ödəyir.

LAYİHƏYƏ TƏXMİNƏN 20 MİLYON FUNT-STERLİNQ SƏRF EDİLİR

Heç kim Birləşmiş Krallığın öz xalqı üzərində tətbiq etdiyi dövlət nəzarət sisteminin məsrəfini bilmir. GCHQ-nin büdcəsi gizli saxlanılmaqla yanaşı, ümumi dəyəri 20 milyard funt-sterlinqindən artıq olan Ayrıca İntellektual Hesab (Single Intelligence Account - SIA) tərəfindən maliyyələşdiyi məlumdur.

Büdcənin qənaətlə xərclənməsi şərtləri səhiyyə sistemi xaosa sürükləyib, yanğınsöndürmə və təcili tibbi yardım maşınlarının sayı azaldılıb və ya özəlləşdirilib, amma bu fonda GCHQ büdcəsinin artdığını güman etmək çətin deyil. İnsanlar dövlətin qollarında ölür və bizə gündəlik həyati xidmətlər üçün ayrılacaq pul olmadığını deyirlər. Digər tərəfdən, iflasa uğramış bankların, milli təhlükəsizliyə zərrə qədər təhdid yaratmayan uzaq diyarlardakı müharibələrin və otuz il əvvəl Şərqi Alman Dövlət Təhlükəsizlik Nazirliyini (STASİ) utandıracaq nəzarət sisteminin xərclərini vergi ödəyicilərinə ödətdirirlər.

PROQRAM BÜTÜN MƏKTƏB KOMPÜTERLƏRİNƏ VƏ TƏLƏBƏLƏRİN CİHAZLARINA YÜKLƏNİB

Həm Fəhlə Partiyası, həm Mühafizəkar Partiya hökumətlərinin dövlət nəzarət sistemi barədə ölkəni məlumatlandırmağa niyyətləri olmayıb və görünən budur ki, hüququ ayaq altına salan qeyri-qanuni proqramların tətbiqinin hökumət davam etdirəcək, çünki bu məsələ barədə danışanlar ya jurnalistlərdir, ya da içəridən məlumat sızdıranlar. Bu ikisini susdurmaq üçün isə yeni bir qanun hazırlanacaq. Mülkü azadlıqları müşahidə təşkilatı olan "Big Brother Watch"un hesabatına görə, İngiltərə və Uelsdəki lisey və məktəblərin əksəriyyətində həm kompüterlərə, həm də tələbələrin şəxsi cihazlarına "Sinif İdarəetmə Proqramı" adlı proqram yüklənib.

Bu proqram vasitəsi ilə müəllimlər tələbələrin internet fəaliyyətlərini davamlı olaraq müşahidə edirlər. Bu barədə nə tələbələrdən razılıq alınmayıb, nə də onların valideynlərinə məlumat verilməyib.

Bundan əlavə, məlumat almaq hüququ çərçivəsindəki ərizələrə verilən cavablara görə, 8.2 milyon tələbədən 6 milyonu barədə 4 yaşından etibarən biometrik məlumat bazası toplanır. Üstəlik, bu, 10 il əvvələ aid məlumatdır. Üz tanıma və digər aktual texnologiyalar nəzərə alındıqda, hazırda bu rəqəmin 100 faizə çatdığını təxmin etmək olar.

İNGİLTƏRƏ HÖKUMƏTİ HEÇ BİR SƏBƏB OLMADIĞI HALDA XALQINDAN ŞÜBHƏLƏNİR

Bəs nə üçün Britaniya hökuməti öz cəmiyyətinə şübhə ilə yanaşır? Birləşmiş Krallıq dünyada ən az cinayət törədilən yerdir. Ölkə terror aktları nəticəsində ölümlər siyahısında ilk üçlükdə olsa da, həqiqi saylar olduqca aşağıdır. Əslində, şalvarınıza ilişib yıxılaraq ölmək ehtimalınız terrorçu tərəfindən öldürülmə halınızdan daha yüksəkdir. İllik Sülh İndeksi (Peace Index) məlumatlarına görə, Britaniya ümumi "sakitlik" sıralamasında ilk üçlükdədir. Bütün bunlara baxmayaraq, Britaniya xalqına öz hökuməti tərəfindən daim şübhə ilə yanaşılır.

Ancaq Britaniya bəzi cinayət növlərində önə çıxır. Məsələn, bank sektorunu götürək. Tarixdəki ən böyük saxtakarlıqlardan birini Britaniyanın ən böyük bankları yazıb. Dünyanın ən böyük narkotik tacirlərinin, insan qaçaqmalçılarının, müasir qul marketoloqlarının, silah qaçaqmalçılarının və diktatorların "çirkli pullar"ını bu banklar "yuyur". Bunların çoxu öz ölkələrində yüz minlərlə insanın ölümündə günahkardırlar. Amma İngiltərə dövləti "Giorgio Armani"dən paltay geyinib şüşə qapılı plazalardakı ofislərdə oturan və Londonun elit məhəllələrində yaşayan bu qruplaşma rəhbərlərini izləmirlər. 

Hər ikisi də "Control Arms" koalisiyasının üzvü olan Beynəlxalq Amnistiya Təşkilatı və "Saferworld" haqlı olaraq Birləşmiş Krallıq hökumətini milli və beynəlxalq qanunları (Avropa Birliyi daxil), konvensiyaları çeynəmək vasitəsilə insan hüququ pozuntularına yol verməkdə və müharibə cinayətləri törətməsi sənədlə sübut olunmuş ölkələri silah təmin etməkdə günahlandırdı. Əlbəttə, yenə heç kim həbs olunmadı.

Məqalədə : İngiltərə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru