Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2017
12:19
2424
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək

Avpora Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri mayın 22-25-də Cənubi Qafqaz regionuna səfər edəcəklər. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, David MakAllisterin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Azərbaycanda olacaq, hakimiyyət dairələri, o cümlədən Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəklər. 

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.

Səfər qabağı  MakAllister demişdir: "Həmkarlarım və mən Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfərimizi səbirsizliklə gözləyirik. Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəfmüqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız vardır. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq."

MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi Parlament Üzvü daxil olacaqdır: c-b László Tokes (EPP, HU), x-m Željana Zovko (EPP, HR), c-b Andrejs Mamikins (S&D, LV), c-b Angel Dzhambazki (ECR, BG), c-b Ivo Vajgl (ALDE, SL), c-b Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən x-m Heidi Hautala (Greens, FI).

Hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatmış, Azərbaycanla isə yeni başlamışdır. Parlament Üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyyələrdə istifadə olunacaqdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com