Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2017
09:02
Son 24 saat ərzində ölkədə 5 bıçaqlanma hadisəsi olub

Bakıda 39 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb. Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qızıldaş qəsəbəsində 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu yeznəsi tərəfindən bir neçə ağır bıçaq xəsarəti alıb. T. Mustafayev xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

***

Bakının Nərimanov rayonunda, Mirzəbala Əhmədzadə küçəsində intihar hadisəsi qeydə alınıb.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü İsmayılov Nicat Aslan oğlu özünə bir neçə bıçaq xəsarəti yetirərək intihar etmək istəyib. Onun nə üçün intihara cəhd göstərdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Bakıda, Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə 1966-ci il təvəllüdlü İbrahimov Qalib Vaqif oğlu tanımadığı şəxslə mübahisə edib. O, mübahisə zamanı bıçaqlanıb. Q.İbrahimov aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

***

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1966-cı il təvəllüdlü Məmmədov Novruz Şirzad oğlu kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yadim göstərilib. Vəziyyətinin orta ağır olduğu bidlirilir.

Sərxoş olan N. Məmmədovun hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Gecə saatlarında Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü, İbrahimov Qaragöz Akif oğlu öz dayısı oğlu tərəfindən bıçaqlanıb. Yaralı yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır. 

Xəstəxanadan verilən məlumata görə, bel nahiyəsindən bir bıçaq zərbəsi alan Q. İbrahimov əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının dediyinə görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş verib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Məqalədə : bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6715

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5549

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7081

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7072

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9832

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6792
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 04:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru