Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2017
10:47
Tramp Lavrova İŞİD-in sərnişin təyyarəsini partlatmaq planlarından danışıb

ABŞ prezidenti Donald Tramp Rusiyanın XİN rəhbəri Serqey Lavrovla görüşdə  İŞİD-in sərnişin təyyarəsini partlatmaq istədiyi barədə xəbərdarlıq edib. O, bu xəbəri İsrail  kəşfiyyat agentliyindən əldə etdiyini bildirib. FaktXeber.com-un verdiyi məlumata görə, ABC News bunu Amerika mənbələrinə istinadən verib.

İsrailli agent  İŞİD terror təşkilatının içinə girib. O, bildirib ki, terrorçular ABŞ-a yollanan sərnişin təyyarəsini göyərtədə gizlədilmiş notbuk vasitəsi ilə partlatmaq istəyir.

Bu informasiya ilə əlaqədar Amerika hökuməti Avropa reyslərində notbukların daşınmasının tam qadağası barədə düşüncələrə səbəb olub. Xatırladaq ki, mart ayında belə bir qadağa  Afrika və Yaxın Şərq ölkələrindən 13 aviakompaniyanın sərnişinləri üçün verilmişdi.

ABC News-un məlumatına görə, İsrail ABŞ-la bu informasiyanı bir şərtlə paylaşıb ki, mənbənin adı çəkilməsin. Trampla Lavrov arasında danışıqdan sonra, nəşrin məlumatına görə, israilli casusun həyatı təhlükə altında ola bilər.

Qeyd edək ki, "Washington Post" qəzeti bundan əvvəl Donald Trampın Ağ Evdə Sergey Lavrovla görüşü zamanı ona "İŞİD"lə bağlı gizli və vacib məlumat verdiyini açıqlamışdı. Verilən məxfi məlumatlardan ABŞ-ın yüksəkçinli rəsmiləri də xəbərsiz olduğu deyilirdi. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster yayılan informasiyanı təkzib etmişdi və Donald Trampın məlumat sızdırması xəbərini yalan adlandırmışdı.

Məqalədə : Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61042

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58747

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60487

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60095

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65659

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59924

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60100
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2021 00:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru