Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 May

2017
22:26
1355
İntihar çıxış yoludurmu…

Dünyada insan ölümlərinin səbəbləri araşdırılarkən belə nəticə əldə olunub ki, səbəblərdən birincisi xəstəlik, ikincisi bədbəxt hadisələr, üçüncüsi isə intihardır. İntihar hadisələrinin bu sırada üçüncü yerdə durması anlaşılmaz olduğu qədər həm də gözlənilməz və əsaslı narahatlıq yaradacaq bir haldır. Aşağıdakı faktlara nəzər yetirsək bunun bir daha şahidi olarıq.

İntihar hadisələri ilə bağlı yazını təqdim edirik. 

Çində hər iki dəqiqədən bir intihar hadisəsi baş verir. Dünyada baş verən intihar hadisələrinin təxminən dörddə bir hissəsi Çində baş verir ki, bu da təxminən hər il 300 min insanın özünə qəsd edərək öldürməsi deməkdir.

Bəzi məşhurlar da öz həyatlarında intiharı çıxış yolu seçiblər. Ziqmund Freyd, Kleopatra, Ernest Heminquey, Hannibal, Cek London, Sokrat, Vinsent van Qoq kimi tanınmışlar öz həyatlarına intiharla son qoyublar.

Sinqapurda və Hindistanda intihara cəhd edənlər bu ölkənin qanunlarına müvafiq 1 ilə qədər azadlıqdan məhrum edilirlər. Təbii ki, əgər cəhd baş tutmayıbsa. 

Yaz fəslində intihar hadisələrinin baş vermə ehtimalı 4-6 faiz daha şox olur.

Tədqiqatlar nəticəsində məlum olub ki, intihar hadisələri əyalətlərdə, kənd yerlərində böyük şəhərlərə nisbətən daha çox baş verir.

Hər il Fransanın paytaxtı Parisin metrosunda 60-65 intahara cəhd hadisəsi qeydə alınır. Ümumilikdə isə dünyada intihar edənlərin hər iyirmi nəfərdən biri metroda özünə qəsd edir.

Gənc insanların daha çox intihar etməsi ilə bağlı ümumi bir fikir formalaşsa da statistik göstəricilərə görə yaşlı insanlar arasında intihar hadisələri çoxluq təşkil edir.

İntihar hadisələrinin təxminən 5-10 faizi psixatriya xəstəxanalarında baş verir. 

Qədim dövrlərdə düşmənə əsir düşməmək üçün insanlar qrup şəkilində də intihar ediblər. Eramızdan 473 il əvvəl 960 yəhudi romalılara əsir düşməmək üçün belə qərara gəliblər. Onların arasından yalnız iki qadın və beş uşaq cəsarət taparaq ölümün əlindən xilas ola biliblər.

Qadınlar kişilərlə müqayisədə intihara üç dəfə daha çox cəhd göstərirlər. Ancaq bir fakt da var ki, intihara cəhdin “uğurla” başa çatmasında kişilər qadınları üç dəfədən artıq üstələyirlər. Yəni kişilər intihara qadınlardan az cəhd göstərsələr də bu cəhdlərdə qətiyyətli olurlar.

İntihar edən hər 5 nəfərdən 4-ü əvvəllər də ən azı bir dəfə intihar etməyə cəhd göstəriblər.

Statistik göstəricilərə görə İntihar edənlərin cəmi 25 faizi vəsiyyət yazır.

İntihar hadisələri ilə məşğul olan tədqiqatçılar bu problemin yaranmasında kütləvi informasiya vasitələrini də günahlandırırlar. Onların fikrinə görə televiziya və mətbuatda intihar hadisəsinin baş verməsi haqqında gedən informasiyalar intihar etmək istəyən insanın intihar planının həyata keçirməsini daha da sürətləndirir. Belə ki, intihara cəhd edən insan onun real olduğunu belə informasiyalarla bir daha özündə təsdiqləyir.

Orta əsrlərdə Avropada intihar hadisəsi cinayətlə bərabər tutulub və cəmiyyət tərəfindən olduqca mənfi qarşılanıb. Hətta intihar edənlərə ölümlərindən sonra belə cəza tətbiq edilib. İntihar edənin əmlakı müsadirə olunub, cəsədi təhqir hədəfinə çevrilib və qəbirstanlıqda dəfn edilməkdən məhrum olunub.

Maraqlı faktlardan biri də odur ki, ayrı-ayrı millətlərin öz intihar üsulları var. Ruslarda özünü asmağa, ingilislərdə zəhər udmağa, italyanlarda və amerikalılarda silahdan istifadə etməyə üstünlük verilir. Azərbaycanda da intihar hadisələri əsasən özünü asmaqla baş verir. 

İstənilən çətin anda belə düşünmək lazımdır ki, intihar çıxış yolu deyil. Və intihar etmək istəyən insan bir anlığa gözünün önünə öz intiharından sonra doğmalarının, əzizlərinin əzabını, əziyyətini, sonsuz kədərini, bir daha bərpa oluna bilməyəcək həyatlarını gətirməlidir. Onu da nəzərə almaq lazımdır ki, Allahın verdiyi canı almağa yalnız Allah qadir ola bilər. İntihara yox deyin. Həyat problemlərə qarşı mübarizə ilə gözəldir. (Modern.az)

Məqalədə : intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 15:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru