Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
16:22
Dövlət İmtahan Mərkəzinin yeni binası nə vaxt hazır olacaq...

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni inzibati binasının tikintisi davam etdirilir. Bu haqda Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib ki, yeni bina keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) yerində, Həsən Əliyev küçəsi 17 ünvanında tikilir:

“Tikintidə çalışanlar hər gün səhər saat 8-dən axşam saat 8-ə qədər işləyir. İşlərin yekunlaşacağı ilə bağlı konkret vaxt söyləmək çətindir. Amma ümumilikdə deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzinin yeni inzibati binasının tikintisi davam edir”.

Qurum rəsmisi bildirib ki, tikinti yekunlaşdıqdan sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının həmin binada yerləşməsi nəzərdə tutulub.

“Hazırda DİM Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərir. Tikinti başa çatdıqdan sonra əməkdaşlarımız yeni binada fəaliyyət göstərəcəklər”.

Xatırladaq ki, keçmiş TQDK-nın fəaliyyət göstərdiyi bina, qurumun səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması səbəbindən yerləşmə işlərində çətinlik yaradıb. Buna görə də sökülərək yerində daha geniş və müasir bina tikilməsinə qərar verilib.

Prezident İlham Əliyev 2016-cı il aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanla Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib. Onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.

Qeyd edək ki, bir müddət əvvəl qurumun yaydığı fotoların yeni bina üçün təklif edilən layihələrdən olduğu bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3960

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2837

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2272

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1912
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 07:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru