Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
14:46
Boksçumuzdan möhtəşəm qələbə

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb. Bu uğura 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz dörddəbir finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə R.Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına mayın 17-də çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

R.Rəhimovadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dörddəbir final səddini uğurla aşıb.

Azərbaycan millisinin digər üzvü Elvin İsayev mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Oyunlarda 64 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançımız ilk qarşılaşmada özbəkistanlı Aliyor Noraliyevlə döyüşüb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Məqalədə : islamiada 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
25

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
46

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
100

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
132

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
163

Sabahın hava proqnozu açıqlandı

28

Yanvar
13:09
ÖLKƏ
216

Mərkəzi Bankında 4 yeni departament yaradılıb

28

Yanvar
12:58
İQTİSADİYYAT
200

Hacıqabulda ana doğuşdan sonra ölüb

28

Yanvar
12:40
HÜQUQ,HADİSƏ
226
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 15:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru