Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
12:46
2765
ATƏT PA-nın illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sülh sazişi əldə edilməsi üçün bütün potensialından istifadə etməlidir.

Bu barədə iyulun 5-9-da Minskdə keçiriləcək ATƏT-in Parlament Assambleyasının illik sessiyasında siyasi və təhlükəsizlik məsələləri üzrə Baş Komitə çərçivəsində təqdim olunacaq hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, ötən ilin aprel ayında baş verən qarşıdurmalar 1994-cü ildən bəri ən ciddi gərginlik olub və son vaxtlar atəşkəsin dəfələrlə pozulması narahatlıq yaradır.

"Münaqişənin həlli məsələsində irəliləyişin olmamasına görə təəssüflənirik. Növbəti belə hərbi qarşıdurmanın qarşısını almaq üçün bütün tərəflər danışıqlar masasına qayıtmalıdır", - illik sessiyada qəbul ediləcəyi gözlənilən hesabatda deyilir.

Sessiya zamanı, həmçinin ATƏT PA üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmadığını vurğulayaraq, tərəfləri danışıqları davam etditməyə çağıracağı qətnamənin qəbul ediləcəyi planlaşdırılır. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
30

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1655
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru