Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
11:31
Gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək bal toplayıb

Zaqatala rayonunda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərib. 12-16 may tarixlərində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbinin 56 yaşlı gözdən əlil tarix müəllimi Beydulla İsgəndərov 60 mümkün baldan 53-nü toplayaraq yüksək nəticə göstərib.

12 mindən çox müəllimin iştirak etdiyi imtahanda gözləri görməyən B.İsgəndərov bir nəfər köməkçi vasitəsilə sualları dinləyib və 90 dəqiqəlik imtahan müddətinin yalnız 45 dəqiqəsindən istifadə etməklə vaxtından əvvəl imtahanı müvəffəqiyyətlə başa vurub.

27 il pedaqoji fəaliyyətlə məşğul olan gözdən əlil müəllim "Brayl" əlifbası vasitəsilə yazır və oxuyur. Gözləri tamamilə görməyən müəllim heç kimin köməyi olmadan məktəbə gedir, dərsdən sonra isə həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur. (Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 11:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com