Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2017
14:45
Qadın polislərə Kamran Əliyev mənfi, deputat müsbət baxır

Modern.az saytı Azərbaycanda qadın yol polisləri ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin fikirlərini bölüşüb.

Kamran Əliyev açıqlamasında bildirib ki, yol-patrul xidməti kifayət qədər çətin olduğu üçün xanımların bu sahədə çalışmasını rəva bilmirlər. 

Deputat Tahir Kərimli  isə Modern.az-a Kamran Əliyevin fikirləri ilə razı olmadığını bildirib:

“Qadın yol polisləri barədə təklifə fikirlərinə hörmət etdiyim Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev mənfi cavab verib. Mən Kamran müəllimin fikirləri ilə razı deyiləm. Xarici dövlətlərdə, nəinki Avropa, Rusiya, Amerika, hətta Suriya, İran, Türkiyədə  qadınların yol polis xidmətində fəaliyyət göstərdiyinin şahidi olmuşam. Bu sahə Azərbaycanda çətin, digər ölkələrdə asan ola bilməz.

Digər tərəfdən,  mən qeyd etməmişəm ki, yol-patrul xidmət sahəsində çalışan xanımlarımız mütləq yol kənarında dayansın. Onlar ofis şəraitində də işləyə bilərlər. Eyni zamanda, hörmətli Kamran müəllim bildirib ki,  qadınlar saatlarla yol kənarında durub 40 dərəcə isti və ya şaxtada işləmək, dəm qazı udmaq məcburiyyətində qala bilərlə. Bununla da heç cür razı ola bilmirəm. Çünki bizim minlərlə xadimə, fəhlə qadınlarımız var. Elə yol qırağında xadiməlik, fəhləlik  edirlər. Həmin qadınlar süpürürlər, toz udurlar, şaxtada-qarda, yəni ağır iş şəraitində fəaliyyət göstərirlər. Onlar da dəm qazı udmaq məcburiyyətində qalırlar. Məgər onlar xanım deyil?...

Əksinə, qadın yol polislərinin olması çox böyük səliqə-səhman, mənəvi rahatlıq yaradar.  Eyni zamanda, auranı dəyişə bilər. Hətta bir sıra neqativ halların da qarşısını almaq mümkün olar. Qadınların yol-patrul xidmətində fəaliyyəti Azərbaycana  müsbət imic qazandırar. Ona görə də mən fikrimin üstündə dururam və hesab edirəm ki, polis sisteminə, onun cəza müəssisələrinə, bütün polis xidməti sahələrinə, o cümlədən yol polisliyi xidmətinə qadınlar cəlb olunmalıdır. Dediyim kimi təbliğat aparmaq lazımdır. Təklif edirəm ki, dövlət səviyyəsində buna təşəbbüslər göstərilsin”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47081

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45245

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46825

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46460

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52001

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46613
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 02:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru