Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2017
11:36
1488
1000-ə yaxın sürücü xüsusi zolaqlara görə cərimələndi

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir:

"Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 941 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

V. Əsədov sabahdan həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: "Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
270

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
164

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
245

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
181

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
191

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
175

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
196
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru