Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2017
12:40
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb
Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeronda gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.  

Məqalədə : Azərbaycan hava proqnozu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
70

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
161

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
140

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
420

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 21:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru