Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2017
15:24
3762
Makron Berlinə səfəri ilk iş günündə həyata keçirəcək

Fransa prezidenti Emmanuel Makron ilk iş günündə Berlinə səfər edəcək. FaktXeber.com-un məlumatına görə,bu barədə The Local xəbər verib.

Səfər çərçivəsində o, Almaniya kansleri Angela Merkellə görüş keçirəcək.

Səfər mayın 15-nə planlaşdırıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ikinci turunda 66,06 faiz səs toplayan Emmanuel Makron qalib gəlib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, o, 20,7 milyon seçicinin səsini toplamağı bacarıb.

Qeyd edək ki, rəqibi "Milli cəbhə"nin lideri Marin Le Pen isə yalnız 33,94 faiz səs (10,6 milyondan çox seçici) toplaya bilib. Ümumi fəallıq prezident seçkilərinin ikinci turunda 74,62 faiz təşkil edib.

Bazar günü nəticələr elan olunduqdan sonra  Emmanuel Makron  artıq Almaniya kansleri  Angela Merkellə «çox isti atmosferdə» telefon danışığı aparıb.

Makronun Berlinə səfərinin qısa olacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com