- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu gün, Şaban ayının 15-i (bu il mayın 2-si), 12-ci imam - imam Mehdinin (ə) mövlud günüdür.
İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb.
Allahın çoxsaylı möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil. Bəziləri bunun çox tez, bəziləri isə gec olacağını bildirir. Lakin bu Allah dərgahında olan bir sirridir. Həmən Allah ki, zamanın və məkanın fövqündədir. Aləmləri, bütün varlıqları yaradan Allahın vədəsi isə mütləq yerinə yetəcək.
“Xilaskar fəlsəfəsi” bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı “Xilaskar fəlsəfəsi” də kamil və dürüstdür. Əlbəttə ki, əcdadının meymun olduğuna əmin olan bəşər övladının imam Mehdinin (ə) mövcudluğuna, onun nə vaxtsa zühur edərək haqqı, ədaləti bərqərar edəcəyinə inanmasını düşünmək sadəlöhvlük olardı. Odur ki, bu günün bütün yer əhli üçün eyni əhəmiyyət kəsb etməsini demək olmaz.
Şabanın 15-i bütün ədalətsevən insanların bayramıdır. Şabanın 15-i zülmə təslim olmayanların, başlarını yalnız Allah qarşısında aşağı salanların, əsl insan kimi yaşayanların bayramıdır. Bu meyarlara uyğun gələn bütün insanları imam Mehdinin (ə) mövlud günü münasibəti ilə təbrik edirik, onlara mübarək zühura şahidlik etmələrini diləyirik!
- 09-02-2019 09:36 Xanım Zəhra (s.ə) zirvəsinin bəşəriyyətə təsirləri
- 07-02-2019 14:32 Allahşükür Paşazadə dini icmalara tapşırıq verib
- 04-02-2019 11:18 Əgər Allah istəsə...
- 25-01-2019 15:22 Murtuza Muxtarovun Vladiqafqazda inşa etdirdiyi məscid yenidən bərpa edilib
- 20-01-2019 15:08 Xanım Zəhra (s.ə) ictimai şəxsiyyət kimi cəmiyyətimizə nümunə ola bilər
- 14-01-2019 11:45 Hacı olmaq istəyən azərbaycanlıların diqqətinə: QİYMƏT QALXACAQ
- 09-01-2019 16:18 İlahi qaydalara uyğunsuzluq fəsadın əsasıdır - VİDEO MÜSAHİBƏ
- 08-01-2019 16:58 Hacı Şəhla məscidi bərpa olunub
- 08-01-2019 11:40 Hər bir sualın cavabını Quranda axtarmaq yanlışdır - ilahiyyatçı
- 27-12-2018 21:56 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb
- 24-12-2018 10:51 İslamda evlənməyin əhəmiyyəti
- 18-12-2018 10:39 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 16-12-2018 12:53 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
- 13-12-2018 16:20 Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş
- 13-12-2018 09:54 Müsəlmana elm öyrənmək niyə vacibdir?
- 10-12-2018 14:50 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL
- 07-12-2018 17:05 Dünyanın ən qədim və hündür minarəli məscidi - FOTO
- 05-12-2018 11:55 Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlanıb
- 03-12-2018 10:05 Almaniya DİN-i İslam Konfransının iştirakçılarını donuz ətinə qonaq edib
- 30-11-2018 11:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL
- 29-11-2018 16:42 Gəncə İmamzadəsindəki icma qeydiyyata alınıb
- 26-11-2018 13:17 AİP Qadınlar Şurası "Vəhdət Həftəsi" münasibətilə Gəncədə tədbir keçirdi - FOTO
- 25-11-2018 21:00 Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi - FOTO-VİDEO
- 21-11-2018 14:10 AİP Peyğəmbərin mövludu və “Vəhdət həftəsi” münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
- 20-11-2018 11:27 Müsəlmanların vəhdət həftəsi başlayır