Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

10 May

2017
15:19
683
Ölkəmizə qarşı əks təbliğat aparılır - Hikmət Hacıyev
Tbilisidə KİV-lərin beynəlxalq konfransı keçirilib

Tbilisidə kütləvi informasiya vasitələrinin (KİV) “Saxta xəbərlər, dezinformasiya və təbliğat” mövzusunda 14-cü Cənubi Qafqaz beynəlxalq konfransı keçirilib.

ATƏT-in Media Azadlığı üzrə Bürosu tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və digər şəxslər təmsil ediblər.

Konfransda əsasən Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, dezinformasiyaların yaratdığı təhlükələr, təbliğatın düzgün təşkili, yeni tenologiyalardan istifadə, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunub.

Azərbaycan XİN-in sözçüsü Hkimət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, müzakirə olunan məsələlər Azərbaycan üçün də kifayət qədər aktualdır: “Ölkəmizə qarşı bəzi KİV-lər, xüsusən də Qərb ölkələrinin erməni lobbisi ilə əlaqəli olan media orqanları tərəfindən məqsədyönlü şəkildə əks təbliğat və deinformasiya xarakterli fəaliyyətlər həyata keçirilir. Ölkəmizdə mötəbər tədbirlərin keçirildiyi vaxtlarda bu daha kəskin xarakter alır. Ona görə də bu məsələlər əlaqədar Azərbaycanın mövqeyi barədə fikirlər səsləndirilibt”.

H.Hacıyevin sözlərinə görə, ATƏT-in Media Azadlığı üzə Bürosunun fəaliyyətində də yeni islahatlara ehtiyac var: “Qurum bəzən öz mandatından kənara çıxır və media azadlığı məsələləri bəzi dövlətlərə qarşı siyasi alətə, təzyiq vasitəsinə çevrilir. Bu məsələdə geniş şəkildə müzakirə olunub”. 

Azərbaycan nümayəndə heyətinin üzvləri ölkədə media vasitələrinə dövlət dəstəyinin təmin olunması, beynəlxalq KİV-lərlə əməkdaşlıq və s. məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən H.Hacıyev bu gün mediada istifadə olunan bəzi terminlərə yenidən baxılmasını təklif edib. O deyib ki, bəzi dairələrdə dezinoformasiya, bəzilərində təbliğat, digər qurumlarda strateji kommunikasiyalar kimi terminlərdən istifadə olunur: “Bəzən bu məsələlərə münasibətdə mövqelər eyni olmur. Media azadlığından da siyasi məqsədlərlə istifadə olunması halları var. Bu da çox ciddi problemlər yaradır”.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında bu və digər məsələləri də diqqət mərkəzində saxlayıblar. Onlar Azərbaycanda bu cür neqativ hallaa qarşı mübarizə sahəsində görülən işlərdən danışıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru