Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2017
15:09
2365
Netanyahu işğal etdikləri ərazilərdən geri çəkilməyəcəklərini belə göstərdi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Həmas təşkilatının Fələstinin müqəddəratı ilə əlaqədar hazırladığı yeni siyasi sənədi İsrail rejiminin baş naziri zibil qutusuna atıb. 97 saniyəlik video müraciətlə ictimaiyyətə səslənən Netanyahu Həmasın dünyanı aldatmaq istədiyini iddia edib.

Müraciətinin əvvəlində siyasi sənədi internet səhifələrinə yerləşdirən və efirdə ona yer verən "CNN", "Əl-Cəzirə", "New York Times" və "The Guardian"ın tənqid edən Netanyahu media orqanlarının saxta xəbər hazırladığını da deyib.

Qeyd edək ki, işğal olunmuş ərazilərin Fələstinlilərə geri qaytarılmasını özündə əks etdirən sənədi zibilliyə atan Netanyahu "Öz dövlətlərini bizim dövlətimizi məhv etmək üçün istifadə edirlər",-deyə bildirib.

Buna qədər ötən həftə 1967-ci il sərhədlərində Fələstin dövlətinin qurulmasını ilk dəfə qəbul edən Həmas təşkilatı İsrailin yox edilməsi üçün etdiyi müraciətdən də imtina etmişdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 07:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru