Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2017
14:52
1939
Sarı zolağa girən sürücülərin sayı AÇIQLANDI

“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi  Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 728 sürücüyə elektron protokol yazılıb”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, sürücülər diqqətli olmalıdırlar.

“IV İslam Həmrəyliyi ilə Oyunları  ilə bağlı çəkilən zolaqlara nəzarət davam etdirilir. Bu zolaqlara daxil olan hər bir sürücü məsuliyyətə cəlb olunacaq”. 

Şöbə rəisi həmçinin mayın 25-nə qədər avtomobillərin parklanması ilə bağlı da xəbərdarlıq edib.

“Mayın 5-dən 25-nə qədər olan müddətdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən zolaqlara yaxın yerləşən müvəqqəti avtomobil dayanacaqları ləğv edilib. Zolaqlara yaxın ərazilərdə parkomatlar olsa da ayın 25-nə qədər avtomobillərin parklanması qadağandır”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.

Qadağa mayın 5-dən 25-nədək qüvvədə olacaq.

Məqalədə : Sarı zolağ Vaqif Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
569

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
413

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
432

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
474

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
504

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
483

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1077

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
875
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 06:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru