Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

08 May

2017
12:57
733
Baş Yepiskop aclıq aksiyası keçirən fələstinlilərə qoşuldu

FaktXeber.com-un verdiyi məlumata görə, Antakya, Şərqi Roma və Qüds Pravoslavları Baş Yepiskopu aclıq aksiyasına başlayıb. 83 yaşlı III Lahham Gregory bunu siyasi etirazlar səbəbindən həbs olunan və İsrail həbsxanalarında saxlanma şəraitlərinə görə aclıq aksiyasına başlayan yüzlərlə fələstinliyə həmrəylik göstərmək niyyəti ilə edib.

Bu hadisə Fələstin Məhbuslar İcmasının işğal altındakı Qərbi İordanda yerləşən Ramallah yaxınlığındakı Afər həbsxanalarında olan 15 fələstinlinin müddətsiz aclıq aksiyasına başladığını bildirməsindən sonra baş verib. Bildirilir ki, Təl-Əviv etiraz edən məhbusları zorla aksiyadan vaz keçirməyin və yemək yedizdirmənin yollarını axtarır.

Aclıq aksiyası Fəth Hərəkatı mərkəzi üzvü Mərvan əl-Bərqusi, bu hərəkatın xalq baş katibi Əhməd Səadət və digər fələstinli məhbus liderlərin təklifilə aprelin 17-də başlayıb.

Aclıq aksiyasına qatılanlar ittihamsız həbs siyasətinə, həbsxananın şəraitinə və ətraflı həkim nəzarətində olmamalarına etiraz edirlər.

Hazırda təxminən 700 Fələstinli inzibati həbs adı altında zindandadır və bu şəxslərdən bəziləri 11 il müddətinə azadlıqdan məhrum olub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru