Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2017
10:01
3544
IMF: Azərbaycanda inflyasiya səngiyib, proses davam edəcək

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2017-ci ildə Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin ÜDM-nin 3,1%, 2018-ci ildə 4,1% artacağını proqnozlaşdırır. "Interfax" agentliyinin məlumatına görə, bu barədə Fondun yaydığı bülletendə deyilir.

"Neft ixrac və idxal edən ölkələrdə iqtisadi artım templəri sürətlənib. Buna baxmayaraq, iqtisadi artım tempi 2000-2013-cü illərdə müşahidə olunan tempdən daha aşağıdır", - deyə sənəddə qeyd edilib.

2016-cı illərdə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ÜDM-i 2,4% artıb.

Bülletendə vurğulanıb ki, Kaşaqan neft yatağında hasilatın artması və dövlət büdcəsinin stimullaşdırılmasına yönəlmiş addımlar nəticəsində Qazaxıstanda iqtisadi artım templəri yüksələcək.

Regiondakı neft ixrac edən ölkələrin ÜDM-i 2017-ci ildə 3,1%, 2018-ci ildə 4,1% artacaq. Ötən il bu ölkələrdə iqtisadi artım tempi 2,2% təşkil edib.

Neft idxal edən ölkələrin iqtisadiyyatı isə bu il 3,6%, növbəti il 3,9% böyüyəcək. Ötən il bu göstərici 3,3% idi.

Bülletenə əsasən, 2017-ci ildə neft ixrac edən ölkələrdə dövlət büdcəsinin kəsiri (neft satışından əldə olunan gəlirlər nəzərə alınmadan) ÜDM-in 20,6%-nə, 2018-ci ildə isə 13,5%-nə (2016-cı ildə 14,9%) bərabər olacaq: "Bunun əsas səbəbi Qazaxıstanın bank sisteminə verilən kompleks dəstəyin verilməsi və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Banka (AMB) öhdəliklərinin yerinə yetirilməsi üçün transfertin həyata keçirilməsidir".

Bildirilir ki, həddən artıq sərt büdcə məhdudiyyətləri iqtisadi artım tempinə və iqtisadiyyatın diversifikasiyasına maneədir.

IMF-in ekspertləri hesab edir ki, ötən il neft ixrac edən ölkələrdə inflyasiyanın səviyyəsi 11,5% təşkil etdiyi halda, 2017-ci ildə bu göstərici 8,3%, 2018-ci ildə isə 7,6%-ə enəcək. "Qazaxıstanın milli valyutası olan təngənin möhkəmlənməsi və büdcə dövlət xərclərinin azalması bu ölkədə inflyasiya təzyiqlərini azaldır. Bundan başqa, Azərbaycanda inflyasiya səngiyir və perspektivdə bu proses davam edəcək. Azərbaycan hökuməti büdcə konsolidasiyasını planlaşdırır və sərt pul-kredit siyasətini yürüdür", - deyə sənəddə vurğulanıb. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
91

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
950

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
164

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
318
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru