Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 May

2017
22:38
2260
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər - VİDEO

Qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb.

Maksimum bal yığanlardan ikisi II, biri isə III ixtisas qrupu üzrə imtahan verib. Onlardan Arzu Məmmədzadə maksimum nəticə göstərən ilk Ağcabədili abituriyentdir.

II ixtisas qrupu üzrə qəbul imtahanında Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev 700 bal toplayıblar.

Arzu Məmmədzadə deyir ki, maksimum nəticə göstərəcəyinə hər zaman inanıb. Sınaq imtahanlarında da yüksək bal yığıb.

Abituriyent bildirir ki, 700 bal yığmaq xəbərini anasından alıb.

Arzu 700 bal toplayan ilk Ağcabədili abituriyentdir.

O, beynəlxalq münasibətlər fakültəsində təhsilini davam etdirmək istəyir.

II ixtisas qrupu üzrə ən yüksək balı yığan digər abituriyent Cavad Əliyev isə həm dərslərə, həm də istirahətə kifayət

qədər vaxt ayırdığını deyir.

Lakin imtahan zamanı bir az çətinliklə üzləşdiyini bildirir.

Cavad Əliyev isə iqtisadçı olmaq niyyətindədir.

III ixtisas qrupu üzrə 700 bal toplayan yeganə abituriyent isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Səbinə İsmayılovadır. O isə yüksək nəticə gözləsə də, 700 bal yığacağına inanmadığını qeyd edir.

Səbinə deyir ki, imtahana hazırlıqlar zamanı normal istirahət çox önəmlidir.

Səbinə İsmayılova ya hüquqşünas, ya da filoloq olmaq istəyir. (Xezerxeber)

Məqalədə : imtahan 700 bal 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru