Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2017
15:22
`Azərenerji`: Elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir

"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır.  Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. "Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır", - deyə məlumatda vurğulanıb.

"Fitch" açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra "Azərenerji"nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. "Devalvasiyadan sonra hökumət "Azərenerji"nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb".

Bildirilir ki, "Azərenerji"nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. "Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. "Azərenerji"dən verilən məlumata görə, elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir".

Məqalədə : "Azərenerji" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20692

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19287

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20657

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20218

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25756

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20221

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20376
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru