Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2017
16:20
3262
Qarabağa gedən ingilis jurnalist Azərbaycandan üzr istədi

Britaniyalı futbol jurnalisti Robert O’Konnor Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün rəsmi Bakıdan üzr istəyib.

Bu haqda Qol.az saytına eksklüziv açıqlamasında Robert O’Konnor özü bildirib. O deyib ki, məsələ ilə əlaqədar ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyinə üzrxahlıq məktubu göndərib.

Qeyd edək ki, Robert O’Konnor səfər zamanı “Independent” qəzeti üçün reportaj hazırlayıb. Reportajda o, Dağlıq Qarabağ bölgəsində futbolun vəziyyətindən yazıb. Azərbaycan Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, məqalənin müəllifi Robert O’Konnor Azərbaycanın razılığı və icazəsi olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: "Bu qeyri-qanuni səfər əsnasında Robert O’Konner futbolu və idmanı siyasiləşdirərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ etməyə cəhd göstərir. Həmçinin məqalədə açıq-aşkar birtərəfli və qərəzli mövqe nümayiş etdirilir".

R.O’Konnor bildirib ki, diplomatik ortamı qabaqcadan dəqiqləşdirmədiyi üçün belə sadəlövh duruma düşüb: “Mən Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyim üzrxahlıq məktubumda da bildirmişəm ki, Dağlıq Qarabağa getmək üçün Azərbaycanın dövlətinin razılığının lazım olduğu bilmirdim. Amma istənilən halda bu anlaşılmazlığın məsuliyyətini özüm daşıyıram. Mən hələ də Qarabağ münaqişəsi ilə bağlı incəlikləri öyrənirəm. Mən özüm siyasi deyil, futbol jurnalistiyəm. Hazırda isə Azərbaycan dövlətinin, xalqının Qarabağ münaqişəsinə münasibətini bilirəm”.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
49

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru